Deputat Mahir Süleymanlı qəbul keçirdi
Millət vəkili Mahir Süleymanlı Xaçmaz rayonunda vətəndaş qəbulu keçirib.
XALQ xəbər verir ki, iyunun 9-da Milli Məclisin deputatı Mahir Süleymanlı Xaçmaz rayonunun Sayad kəndində vətəndaşları qəbul edib. Görüşdə sakinlər bir sıra problemlərlə bağlı müraciətlərini səsləndiriblər.
Qəbul zamanı bəzi məsələlər yerində operativ şəkildə həll olunub, digər müraciətlər isə aidiyyəti dövlət qurumlarına yönləndirilməsi üçün qeydə alınıb.
Deputat vətəndaşların qayğılarının daim diqqətdə saxlanıldığını və bu cür görüşlərin mütəmadi olaraq keçiriləcəyini bildirib.