Deputat Masallıda vətəndaşlarla görüşdü
Milli Məclisin deputatı Məşhur Məmmədov vətəndaşlarla görüşüb.
Masallıda, Yeni Azərbaycan Partiyasının inzibati binasında seçicilərlə qəbul-görüş keçirib.
Görüşdü YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev də iştirak edib. Qəbul-görüşdə 18 nəfər iştirak edirdi. Onlardan ikisi şəhid atası idi.
Millət vəkili bildirib ki,hər bir vətəndaşın müraciətini fərdi dinlədim, onların qaldırdıqları məsələlərin həlli ilə bağlı müvafiq addımların atılması üçün qeydlər etdim. Dərs ilinin başlaması ilə bağlı bəzi xahişləri yerində həllini tapdı. Digər müraciətlər isə köməkçilər tərəfindən müvafiq qurumlara göndərilməsi üçün qeydə alındı.
Məşhur Məmmədov qeyd edib ki,seçicilərimizlə açıq dialoq, onların problemlərinin birbaşa dinlənilməsi fəaliyyətimizin əsas istiqamətlərindəndir.