Deputat Novruz Aslanov pianoda belə ifa etdi-Video
Milli Məclisinin deputatı Novruz Aslanovun sosial şəbəkədə paylaşımı maraqla qarşılanıb.
XALQ xəbər verir ki, millət vəkili pianoda Azərbaycan xalq mahnısı “Küçələr su səpmişəm”və “Qubanın ağa alması” musiqilərini ifa edib.
Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisi deputat Novruzəli Aslanov Novruz Aslan imzası ilə həm də bəstəkar olaraq tanınır. O, xeyli sevilən mahnının müəllifidir. Onun bəstələrini xalq və əməkdar artistlər ifa ediblər.
Həmin görüntüləri təqdim edirik










