Deputat: “Ölkəmizdəki sabitliyin daha çox qədrini bilməliyik”.
“Baş verən hadisələr, ümumiyyətlə, dünyada siyasi politikanın dəyişməsi əsasən də böyük ölkələrin, “super güc” adlanan dövlətlərin özlərindən min kilometrlərlə uzaqda yaratdığı siyasi problemlər ölkələr üçün həm iqtisadi, həm hərbi sahədəki təhdidlər bir daha onu deməyə əsas verir ki, Ümummilli liderimiz Heydər Əliyevin qoyduğu düzgün bünövrə ilə bütün bəlalardan xilas olması, cənab Prezidentimizin də həmin bünövrəni, möhkəm sütunları yeni keyfiyyət formasında inkişaf etdirməsi bizi bu bəlalardan qurtarmış olur”.
Bunu açıqlamasında deputat Vüqar İskəndərov deyib.
O bildirib ki, ətrafımıza baxıb görürük ki, düz yoldayıq: “Həm siyasi prosesdə, həm ölkə daxilindəki siyasi sabitlik, iqtisadi inkişaf, humanitar dəyərlərə hörmət ruhunda olan həyat tərzimiz var. Qonşularımıza baxdıqda bunu söyləmək çətindir. Çünki həm Gürcüstanda, həm Ermənistanda, həm bir-birinə bənzəyən, həm də bənzəməyən siyasi proseslər baş verməkdədir. Neçə gündür ki, hər iki qonşu ölkədə siyasi çəkişmələr, mitinqlər, hətta iğtişaşlar baş verir. Bütün bunlar onu deməyə əsas verir ki, bunu orada yaradan qüvvələr var. Həmin qüvvələrin qarşısını almaq üçün dost və qonşu Gürcüstan siyasi mübarizə yolundadır. Bir çox böyük dövlətlər, əsasən də ABŞ başda olmaqla digər siyasi qüvvələr Gürcüstanda dövlətin özünü qorumaq, xalqın təhlükəsizliyini qorumaq üçün atdığı önəmli addımların əksi olaraq özlərinin 1938-ci ildə qəbul etdiyi həmin qanunun Gürcüstanın qəbul etməsinə qarşı mübarizəyə qoşulub. Açıq-aydın ABŞ-ın dövlət katibi, Gürcüstanı bu məsələlərlə təhdid etdi. Bu onu deməyə əsas verir ki, hansı dövlət müstəqil siyasət həyata keçirirsə, onu bir çox belə gərgin mübarizələr gözləyir”.”O cümlədən Ermənistanda baş verən hadisələr Ermənistanın uzun illər tabu kimi qarşısında olan digər qonşu dövlətlərlə torpaq iddiası, terrorlar, sərhədləri dəyişmək cəhdləri bu gün özünün ziyanına işləyir. Ermənistan az qala yeni formasiyaya daxil olur. Artıq Ermənistan bugünkü siyasi vəziyyəti elan edir ki, onlar dövlət qurmaq istəyirlər, dövlət möhkəmləndirmək istəyirlər. Bunun üçün də addımlar atırlar. Amma təbii olaraq içəridə müqavimət var, onları idarə edən qüvvələr var. Həmin qüvvələr bu gün Ermənistandakı bu məsələlərin qarşısını almaq üçün hal-hazırda bir keşişi qabağa versələr də, bilinir ki, bu işlərin arxasında digər qüvvələr var. Ermənistanda da bu mənada siyasi hakimiyyətə qarşı bir müqavimət formalaşdırılıb. Düşünürük ki, bütün bunları gördükdə ölkəmizdəki bu sabitliyin daha çox qədrini bilməliyik. Daha da biz doğru addımlar atdığımızın fərqində olmalıyıq. Düşünürük ki, cənab Prezident İlham Əliyevin yeritdiyi həm xarici, həm daxili uğurlu siyasət onu deməyə əsas verir ki, biz doğru və düzgün yoldayıq. Bu xətlə də irəli getməliyik. Qonşu dövlətlərə də, əsas Gürcüstana arzu edirik ki, siyasi sabitlik baş versin. Artıq dövlət sistemi öz qaydasında işləsin. Bunun üçün də dost Gürcü xalqına uğurlar arzulayırıq.Ermənistanda isə baş verən hadisələri izləyirik. Düşünürük ki, Paşinyan bu məsələdən də çıxacaq. Artıq keşişin arxasında olan qüvvələrin sayı azalır. Düşünürük ki, bu da zaman keçdikcə səngiyəcək. Ermənistan da Azərbaycanla sülh yolunda irəliləmək üçün vacib, rasional addımlar atacaq” – deyə o, əlavə edib.










