media-xess

Rusiyanın Udmurtiya vilayətinin Dövlət Şurasının deputatı və müharibə iştirakçısı Viktor Dyakov intihar edib. 

media-d

XALQ.AZ  xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Xüsusi əməliyyat üzrə işçi qrupunun tərkibində olan 31 yaşlı Dyakov intihara cəhd etdikdən sonra xəstəxanaya aparılıb:

Hadisə martın 7-də Rublevo-Uspenskoe şossesi ərazisində baş verib. Hadisə şahidləri təcili yardım çağırıb, bundan sonra rusiyalı deputat reanimasiyaya yerləşdirilib.

Qeyd edilib ki, daha əvvəl deputatın keçmiş həyat yoldaşı onu uşaqlarını qaçırmaqda ittiham edib. Hadisənin təfərrüatları dəqiqləşdirilir. Hüquq-mühafizə orqanlarından hələlik rəsmi açıqlama daxil olmayıb.

Dyakov hazırda həkimlərin nəzarətindədir. Onun vəziyyəti barədə məlumat verilmir. Hüquq-mühafizə orqanları hadisənin başvermə səbəbini araşdırır.

“Faciə nəticəsində Viktor Fyodoroviç Dyakov vəfat etdi”.


media-728x90banner

Bənzər xəbərlər