media-nizamiii

“Donorluq və transplantasiya üzrə Qlobal Observatoriyanın məlumatına görə, hər il dünyada 150 min qanuni transplantasiya əməliyyatları həyata keçirilir ki, bu, qeyd olunan sahədə tələbatın yalnız 10 faizini ödəyir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistikası göstərir ki, orta hesabla ildə 10 min gizli, yəni qanunsuz insan orqanları transplantasiyası keçirilir ki, bu da saatda bir əməliyyatdan artıq rəqəm təşkil edir”.

 XALQ xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında deputat Nizami Səfərov Azərbaycanın “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”nın müzakirəsi zamanı deyib.

O bildirib ki, insan hüquqlarının və əsas azadlıqlarının ciddi pozuntusu olan bu cür əməllər transmilli mütəşəkkil cinayətkar qruplar tərəfindən törədilir və qlobal beynəlmiləl miqyasda təşkil olunur:

“Bu cür təhlükəli və transmilli xarakter daşıyan kriminal əməllərin qarşısının alınması dövlətlərin və beynəlxalq təşkilatların müştərək və sistemli əməkdaşlığını tələb edir. Müzakirə etdiyimiz sənəd də bunun üçün zəruri hüquqi əsasları nəzərdə tutur.

Eyni zamanda, konvensiyanın daxili qanunvericilikdə implementasiyası əhəmiyyətli dərəcə asanlaşdırılıb, çünki müvafiq sahədə əsaslı hüquqi mexanizmlər artıq formalaşıb. Belə ki, Azərbaycanda 20 oktyabr 2020-ci ildə “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” xüsusi qanun qəbul edilib. Cinayət Məcəlləsində insan orqanlarının və toxumalarının alqı-satqısı, qanunsuz donorluğu və transplantasiyasına görə 137-ci maddədə məsuliyyət müəyyən edilib”.


media-728x90banner

Bənzər xəbərlər