“Şərq-Qərb” nəşriyyatının kimə məxsus olduğunu hamı bilir. Bu nəşriyyat tenderdə iştirak edən kimi bütün digər nəşriyyatlar pərən-pərən düşür”.

 

Bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında deputat Etibar Əliyev deyib.

 

“Hamı bilir ki, artıq bu nəşriyyat qalibdir. Elm və Təhsil Nazirliyinin 36 milyon 108 min manatlıq tenderini “Şərq- Qərb” nəşriyyatı udub. Sonradan məlum olub ki, nəşriyyatın 10 milyon manatdan çox debitor borcu var. Buna görə dövlət satınalmaları ilə bağlı ciddi nəzarət olmalıdır”, – deyə o əlavə edib.

 

Qeyd: “Şərq- Qərb” nəşriyyatının AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevə məxsus olduğu bildirilir.


media-728x90banner

Bənzər xəbərlər