Deputat seçicilərin problemlərini həll etdi
MIlli Məclisin deputatı Vüqar İskəndərov növbəti vətəndaş qəbulu həyata keçirib.
XALQ.AZ məlumat verir ki,qəbulda Şəki şəhər İcra Hakimyyəti başçısının müavini Elman İammverdiyev də iştirak edib.
Seçicilər əsasən sosial, məşğulluq, səhiyyə, kommunal xidmətlər və s. sahələr üzrə müraciətlərini səsləndiriblər. Həlli mümkün olan müraciətlər qeydə alınaraq aidiyyatı üzrə yönləndirilib.
Deputatın səlahiyyətində olan məsələlər isə yerindəcə həllini tapıb.
















