Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini, millət vəkili Fatma Yıldırım şəhid ailələri ilə görüşdü .
XALQ.AZ məlumat verir ki, deputat Mirzalıbəyli kəndində şəhid Məmmədzadə Əli Turan oğlunun, Cəyirli kəndində şəhid Hümbətzadə Şahmuraz Əyyub oğlunun ailələlərini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.
Şəhidlərimizin ailələrini ziyarət zamanı Vətən uğrunda böyük şücaət və rəşadət nümunəsi ortaya qoyan igidlərimizin ailələrinə bir daha başsağlığı verərək, onlara belə qəhrəman oğullar böyütdükləri üçün təşəkkürünü bildirib. Azərbaycan xalqı bu oğullarımızla daim qürur duyur, şəhidlərimizin əziz xatirəsini daim uca tutur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti hər zaman şəhid ailələrinə, qazilərə böyük diqqət və qayğı ilə yanaşır. Bu gün şəhidlərimizin ruhları şaddır. Çünki torpaqlarımız azaddır, ölkəmiz müstəqildir, üçrəngli şanlı bayrağımız zirvələrdədir deyə  deputat qeyd edib.
Allah şəhidlərimizə rəhmət eləsin!

media-728x90banner

Bənzər xəbərlər