Deputat şəhid anaları ilə görüşdü-Fotolar
Milli Məclisin deputatı Nigar Arpadarai şəhid anaları ilə görüşdü
Millət vəkili XALQ.AZ-a bildirib ki. səbail şəhidlərimizin anaları ilə görüşdük.

Qəhrəman oğullarımız haqda xatirələri bölüşdük, şəhid analarını narahat edən məsələləri müzakirə etdik. Şəhid ailələrinin əsas arzusu şəhidlərimizin adlarının unudulmamasıdır. Buna görə də şəhid adlarının küçələrə verilməsi məsələsinə yenidən baxılması, bununla bağlı qanunvericilikdə nəzərdə tutulmuş maddələrin tətbiqi qaydalarına müvafiq düzəliş edilməsini önəmli hesab edirəm.











