Torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmiş Bərdə rayon şəhidlərimizin dəfn olunduqları Şəhidlər Xiyabanını bir daha ziyarət etdik.

Bunu Milli Məclisin deputatı Fatma Yıldırım şəxsi facebook hesabında bildirb.

Deputat qeyd edib ki, Onlar canlarını fəda edərək xalqımıza böyük qələbə sevinci yaşatdılar və illərdir həsrətini çəkdiyimiz torpaqlara bizi qovuşdurdular.

Qəhrəmanlıq salnaməsi yazaraq, öz şücaətləri ilə şəhidlərimizin hər biri bir dastana döndü.Lakin Vətən müharibəsində şəhid olmuş oğullarımızın baş daşlarının hələ də qoyulmaması məni də çox məyus etdi.Bununla bağlı məsələyə aydınlıq gətirilməsi üçün Bərdə rayon İcra Hakimiyyətinin rəhbər heyəti ilə Şəhidlər Xiyabanına birgə baxış keçirtdik və işlərin sürətləndirilməsinin vacibliyini bildirdik.

Bizə verilən məlumata görə yaxın günlərdə işlər yekunlaşacaq və eyni zamanda Şəhidlər Xiyabanında geniş abadlıq işləri də aparılacaq.

Allah şəhidlərimizə rəhmət eləsin! Məkanları cənnət olsun!

XALQ.AZ


media-728x90banner

Bənzər xəbərlər