Deputat: “Separatçılar elə düşünür ki, onlar ömür boyu bu oyunlarına davam edəcəklər”
“Azərbaycan hakimiyyəti Qarabağda yaşayan etnik ermənilərə kömək etmək istəyir. Yəni, dövlətimiz hələ ki, vətəndaşımız olmasalar belə, onlara özümüzünkülər kimi baxmaq istəyir. Onlar qəbul etmək istəmirlər, istəməsinlər. Bu, bizim humanist addımımızdır”. Bu sözləri Milli Məclisin deputatı Rüfət Quliyev deyib.
“Biz istəyirik ki, bütün məsələləri sülh və əmin-amanlıq yolu ilə həll edək. İnanıram ki, Xankəndidə Azərbaycanın qoyduğu qayda-qanunla yaşamaq, dövlətin qayğısını görmək istəyən kifayət qədər erməni əsilli sakinlər var. Hər kəsin öz qərar vermək hüququ var. Separatçılar elə düşünür ki, onlar ömür boyu bu oyunlarına davam edəcəklər. Təbii ki, bu oyunların bir sonu var və zaman bizim xeyrimizə işləyir”,- deyə o əlavə edib.










