Deputat: “STM”-nin apardığı elmi-analitik təhlillər dövlət və cəmiyyət üçün olduqca böyük əhəmiyyət kəsb edir.
Sosial Tədqiqatlar Mərkəzinin (STM) apardığı elmi-analitik təhlillər peşəkarlıq nöqteyi-nəzərindən dövlət və cəmiyyət üçün olduqca böyük əhəmiyyət kəsb edir.
Bunu Milli Məclisin deputatı Etibar Əliyev bildirb.
Deputat bildirib ki, mərkəzdə hökm sürən demokratik ab-hava, mədəni, işgüzar və dialoq mühit dərhal diqqəti cəlb edir. Və əbəs deyildir ki, Dünyada belə Mərkəzlər böyük nüfuza malikdirlər. Sosial Tədqiqatlar Mərkəzi qısa zamanda xaricdə və Azərbaycanda böyük nüfuz qazana bilfi. Sosial Tədqiqatlar Mərkəzində 27 iyun 2024-cü ildə “Qlobal çağırışlar və sosial elmlər” mövzusunda dəyirmi masa keçirildi.
Tədbirdə Sosial Tədqiqatlar Mərkəzi tərəfindən tərcümə və nəşr edilən “Sosiologiyada əsas anlayışlar” (E.Giddens, F.Satton) kitabı təqdim edildi. Sosial həyat daima dəyişir bu səbəbdən Sosiologiya elmi bir yerdə dayana bilməz.Millət vəkili qeyd edib ki. sürətlə dəyişən müasir dünyanın tədqiqi və dərki daim yenilənən anlayışların mövcudluğunu tələb edir. E. Giddens və F. Sattonun müəllifi olduğu “Sosiologiyada əsas anlayışlar” kitabı Sosiologiya elminin müasir konseptual aparatını təşkil edən 70 anlayışı əhatə edir. Ənənəvi lüğət tipli kitablardan fərqli olaraq burada anlayışların işçi tərifi və mənası ilə yanaşı, inkişaf tarixi, interpretasiyası, tənqidə məruz qalan tərəfləri və tənqidlərə baxmayaraq, aktuallıq kəsb edən cəhətləri təqdim edilir. Kitab sosioloqlar, sosial elmlərin digər sahələri üzrə mütəxəssislər və tələbələr, habelə müasir dünyanı daha dərindən öyrənməyə çalışan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Kitabı ingilis dilindən Humay Axundzadə və Sübhan Padarov tərcümə ediblər. Tədbirdə STM-in idarə heyətinin sədri Zahid Oruc, millət vəkilləri Fazil Mustafa, Hikmət Babaoğlu, Elşad Mirbəşiroğlu, Elman Nəsirov, Bəhruz Məhərrəmov, AMEA-nın Fəlsəfə və Sosiologiya İnsitutunun direktoru İlham Məmmədzadə, Bakı Dövlət Universitetinin Sosiologiya kafedrasının müdiri Rəfail Həsənov, BDU-nun dosenti Üzeyir Şəfiyev, İlahiyyat İnstitutunun dosenti Azəf Qənbərov, ADMİU-nun Sosial-siyasi elmlər kafedrasının müdiri Xaləddin Sofiyev və digər aparıcı elm ocaqlarının nümayəndələri iştirak etdilər.












