Deputat təyyarə qəzasında həlak olmuş Anar Babayevin yas mərasimində iştirak edib
Millət vəkili Rəşad Mahmudov təyyarə qəzasında həlak olmuş Anar Babayevin yas mərasimində iştirak edib.
XALQ.AZ xəbər verir ki, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, millət vəkili, Rəşad Mahmudov Aktau şəhəri yaxınlığında “Embraer-190” təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirən seçicisi Anar Zöhrab oğlu Babayevin yas mərasimində iştirak edib. Ailə üzvlərinə başsağlığı verib.










