media-ulv

İyunun 5-də Milli Məclisin növbədənkənar sessiyasının iclasında çıxış edən deputat Ülviyyə Həmzəyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən institusional islahatların mühüm nəticələrindən biri olan xüsusi və səlahiyyətli nümayəndəlik institutunun fəaliyyətindən bəhs edib.

Deputat bildirib ki, bu institut dövlət idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində atılmış ən uğurlu addımlardan biri kimi özünü təsdiq edib. Onun sözlərinə görə, nümayəndəliklərin fəaliyyət göstərdiyi bölgələrdə dövlət qurumları arasında koordinasiya güclənib, vəzifələrin daha operativ icrası təmin olunub, vətəndaş məmnunluğu artıb və regional inkişaf layihələrinin həyata keçirilməsi daha səmərəli təşkil edilib.

Ülviyyə Həmzəyeva qeyd edib ki, xüsusi və səlahiyyətli nümayəndəliklər mərkəzi hakimiyyətlə yerli idarəetmə arasında çevik əlaqələndirmə mexanizmi yaradaraq dövlət siyasətinin yerlərdə daha effektiv icrasına mühüm töhfə verir.

Deputat vurğulayıb ki, həm işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, həm də digər bölgələrdə müşahidə olunan müsbət dəyişikliklər bu idarəetmə modelinin uğurunu təsdiqləyir. O bildirib ki, güclü siyasi iradəyə, dəqiq koordinasiyaya və məsuliyyətli idarəetməyə əsaslanan bu institut regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsində və dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsində mühüm rol oynayır.

Çıxışının sonunda deputat xüsusi və səlahiyyətli nümayəndəlik institutunu müasir Azərbaycan dövlətçiliyinin səmərəli idarəetmə təcrübələrindən biri kimi dəyərləndirib.


media-728x90banner

Bənzər xəbərlər