Azərbaycan çoxtərəfli diplomatiya həyata keçirir. Bu gün biz bunu Azərbaycanın xarici siyasətində açıq-aydın görürük, konturlar aydındır. Azərbaycan Qoşulmama Hərəkatına çox uğurla rəhbərlik etdi, həmin dövr ərzində təşkilatın nüfuzu, mövqeyi daha da gücləndi. Azərbaycanın sədrliyi zamanı hərəkatın parlament və gənclər şəbəkəsi yarandı. Təşkilatın Azərbaycanın rəhbərliyi dövründə qazandığı nailiyyətlər ölkəmizin uğurlu siyasətinin göstəricisidir. Azərbaycan, eyni zamanda, COP29-a sədrlik edəcək ölkə olaraq dünya iqlim diplomatiyasına da aktiv şəkildə öz töhfəsini verir. Bu gün dünyanın diqqəti ölkəmizin üzərindədir, bütün nəzərlər yenidən Azərbaycana yönəlib.

Bunu  açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Azərbaycanın Qlobal Cənubla Şimal arasında körpü rolunu oynadığını söyləyən deputat qeyd edib: “Ölkəmiz bu istiqamətdə aktiv bir dialoq aparır. Azərbaycanın həmin sahədəki siyasəti dünya ölkələri tərəfindən də diqqətlə izlənilir, həmçinin bu prosesə töhfəsi də çox yüksək qiymətləndirilir. Heç şübhəsiz ki, BRICS təşkilatına üzvlük, Azərbaycanın bu sahədə atdığı addımlar dövlətimizin mövqeyini daha da gücləndirəcək. Azərbaycanın qarşısına qoyduğu hədəflər baxımından bu təşkilata üzvlüyü, ölkəmizin atdığı addımlar olduqca önəmlidir. Bu gün Azərbaycan uğurlu bir formada bu siyasəti həyata keçirir. Ölkəmizin bu uğurları da dünya dövlətləri tərəfindən diqqətlə izlənilir”.

Ceyhun Məmmədov, həmçinin bildirib ki, Azərbaycan bu günə kimi çox uğurlu xarici siyasət həyata keçirib. Bunun nəticəsində böyük nailiyyətlər qazanıb, torpaqlarını 30 illik işğaldan azad edib, şanlı Qələbəsini daha da möhkəmləndirib.

“Hesab edirəm ki, BRICS çərçivəsində də Azərbaycan uğura imza atacaq, mövqeyini gücləndirəcək, nüfuzunu daha da artıracaq. Eyni zamanda, ölkəmiz daha da inkişaf edəcək, güclənəcək və qarşısına qoyduğu məqsədə və hədəflərə nail ola biləcək”, – deyə deputat əlavə edib.


media-728x90banner

Bənzər xəbərlər