Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov jurnalistlərə açıqlamasında deyib ki, dini müstəvidə Azərbaycana qarşı təhdidlər bir an belə səngimir. O bildirib ki, istər müsəlman ölkələri tərəfindən, eləcə də bəzi xristian, yəni Qərb ölkələri tərəfindən bu təhdidlər görülür: “Dinin siyasiləşdirilməsi formatında, məzhəbçiliyin təbliğatı formatında biz bunu görürük. Din öz mahiyyətindən uzaqlaşdırılaraq alətə, vasitəyə çevriləndə, maraqların icrasına yönələndə əlbəttə ki, din təhlükəli meyara çevrilir”. Sədr müavini vurğulayıb ki, bu təhdidlər a qarşı həm maarifləndirmə, həm də hüquqi müstəvidə tədbirlər görülür: “Dövlətin dini icma və konfessiyalara qarşı qayğısı göz önündədir. Bütün bunların əsasında deyə bilərik ki, Azərbaycanda dini durum tam sabitdir. Amma bir an belə arxayınlaşmaq olmaz. Çünki təhdidlər ciddi və təhlükəlidir. Bəzən açıq, bəzən də qapalı formatda olur. Ona görə bu məsələdə biz həmişə ayıq olmalıyıq. Bu məsələ həm ictimaiyyətin diqqətində olmalıdır, həm də dövlət bunu öz nəzarətində saxlayır”, – S.Heydərov əlavə edib.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü deputat Ceyhun Məmmədov  açıqlamasında deyib ki, xaricdən ölkəmizə dini müstəvidə təzyiqlər davam edir və hətta gün keçdikcə daha da kəskinləşir:

“Çünki bir sıra ölkələrin Azərbaycanda maraqları var və bu maraqları həyata keçirmək üçün davamlı olaraq addımlar atılır. Bunun qarşısını almaq üçün hesab edirəm ki, ilk növbədə dövlətin din konsepsiyası işlənib hazırlanmalıdır. Bizim bu məsələlərə münasibətimiz, prosesin necə həyata keçirilməsi, nəyə qarşı mübarizə apardığımız – hamısı bu konsepsiyada öz əksini tapmalıdır. Dini maarifləndirmə işi sürətləndirilməlidir. Bu istiqamətdə işlər görülsə də hələ boşluqlar var. Məscidlərdə dini təriqətçiliyi təbliğ  edən şəxslər aşkarlanmalı və prosesdən uzaqlaşdırılmalıdırlar. Təəssüf ki, hələ də məzhəbçiliyin təbliği məscidlərdə aparılır, bu, olduqca ciddi məsələdir. Hüquq-mühafizə orqanları bu prosesdə aktivdirlər və sərt tədbirləri davam etdirməlidirlər. İctimaiyyət də məlumatlandırılmalıdır ki, hansı işlərin görüldüyü bilinsin. Hesab edirəm ki, biz qonşu dövlətlərlə də sıx təmasda olmalıyıq və bəzi qüvvələrin apardığı təbliğatın qarşısını almaq üçün müzakirələr aparmalıyıq”.


media-728x90banner

Bənzər xəbərlər