Deputat:”Erməni revanşistlərin məqsədi bəllidir”
“Ermənistandakı problemlərin coğrafi cəhətdən iki mənbəyi var”.
Bunu Milli Məclisin deputat Rüfət Quliyev deyib.
O bildirib ki, lakin kökü eynidir, kökdə revanşist qüvvələr dayanır: “O qüvvələrdir ki, onların öz siyasi oyunları var. Bunların biri Ermənistanın daxilində olan revanşist qüvvələrdir. Onların əsasları daha çox müxalifətdir. Keçmiş prezident Koçaryanın Qarabağ planı var idi ki, siyasi mübarizədə Paşinyana məğlub oldular. Onlar qarışıqlıq yaradırlar ki, yenidən hakimiyyətə gəlsinlər. Hakimiyyət söhbətidir, nə milli maraqlar, nə də erməni xalqının mənafeyi, gələcəyi onlara maraqlı deyil. Maraqlı olan hakimiyyətə gəlib yenə də milyardlarla pul qazanmaqdır. Yeganə məqsədləri budur.










