Deputatın iradı ilə nazirin yalanı üzə çıxdı-Videofaktlar
Məşğullluq İdarəsindən işsiz şəxslərə xəstə heyvanlar verirlər. O heyvanlar qapıdan həyətə çatana qədər və ya 3 gün yaşayırlar. Bunlara, heç olmasa, bir illik zəmanət verin, 3 aylıq da yemlə təmin edin. İnsanlar bunu kefdən almırlar ki?”
XALQ.AZ xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev isə deputata etiraz edərək araşdırılmamış məlumatların verilməməsini qeyd edib:
“Xahiş edirəm, araşdırılmamış məlumat verilməsin. Təqdim olunan heyvanlarla bağlı videolar çəkilir, onların bütün sertifikatları təqdim olunur”.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünüməşğulluq proqramının icrası çərçivəsində layihə qalibi olan və təsərrüfata sahib işsiz vətəndaşlara ailəsini maddi baxımdan təmin etmək üçün heyvanlar verilir.
Layihədə iştirak edən çoxsaylı kənd sakinləri onlara xəstə heyvan verildiyindən şikayət edirlər və bu haqda mütəmadi olaraq mətbuatda yazılar gedir.
XALQ.AZ yerli media orqanlarında yayımlanan videogörüntüləri təqdim edir:
Biləsuvar rayonun Əsgərabad kənd sakini Ruslan Rzayev verilən heyvan xəstə olub
Xaçmaz rayonu Hacıqazma kəndində yaşayan Ələddin Talıbov verilən heyvanlar xəstə olub
Ucar rayonu Lək kənd sakini Həsənova Sevinc Ələddin qızı verilən heyvanların xəstə olduğunu deyib.
Yevlax rayonun Malbəyi kənd sakinləri Mahmudov Sərvər Mahir oğlu verilən heyvanlar hamısı xəstədir deyib.