media-mecc

“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərar layihəsi bu həftə müzakirəyə çıxarılacaq.

XALQ -ın məlumatına görə, bu gün  keçiriləcək Milli Məclisin növbəti plenar iclasının gündəliyinə daxil edilən məsələlərdən biri də “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması ilə bağlı qərar layihəsinin müzakirəsidir.

Qeyd edək ki, dekabrın 15-də Prezident İlham Əliyev “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb.


media-728x90banner

Bənzər xəbərlər