Milli Məclisin deputatları Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının komitə iclaslarında iştirak etmək üçün Türkiyəyə səfər ediblər.

XALQ.AZ xəbər verir ki, İstanbulda keçirilən İqtisadi siyasət və inkişaf komitəsinin iclasında ölkəmizi Milli Məclisinin deputatları, Musa Quliyev, Eldar Quliyev, və Mahir Süleymanlı təmsil edirlər.

İclas nəqliyyat infrastrukturunun inkişafı və onun Qara Dəniz regionunda əhəmiyyəti mövzusunda keçirilir.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edərək bildirib ki,  Qarabağda və Qərbi Azərbaycandakı maddi və mənəvi abidələrimizi dağıtdıqların, məscidlərimizi ziyarətgahlarımızı, qəbristanlıqlarımızı necə tarmar etdikləri barədə Konfrans iştirakçılarına ətraflı məlumat verilib. UNESKO- nun məsələlərə ikili standartlar çərçivəsində riyakar münasibətini tənqid edilib. Ermənistanın 30 il ərzində torpaqlarımızı işğal altında saxlayaraq törətdikləri genosid, etnosid, ekosid, kulturosid əməllərinə görə cavab verməli və təzminat ödəməli olduğunu vurğulanıb.


media-728x90banner

Bənzər xəbərlər