media-mec

Milli Məclis “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsini ilk oxunuşda təsdiqləyib.

XALQ  məlumatına görə, sənəd parlamentin bu gün baş tutan plenar iclasında müzakirəyə çıxarılaraq qəbul olunub.

Rəsmi göstəricilərə əsasən, 2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat həcmində nəzərdə tutulur. Bu rəqəm 2025-ci ilin proqnozu ilə müqayisədə 253 milyon manat və ya 0,7 faiz, 2024-cü ilin faktiki icrası ilə müqayisədə isə 1 milyard 447,2 milyon manat və ya 3,9 faiz artıqdır.

Gələn ilin büdcə xərcləri isə 41 milyard 703,6 milyon manat səviyyəsində planlaşdırılır. Bu göstərici 2025-ci ilin proqnozundan 296 milyon manat (0,7 faiz), 2024-cü ilin icrasından isə 3 milyard 990 milyon manat (10,6 faiz) çoxdur.

Hesabat ilində büdcə kəsirinin yuxarı həddi 3 milyard 94,6 milyon manat olmaqla, ÜDM-in 2,3 faizi səviyyəsində müəyyən edilib.

Ayaz


media-728x90banner

Bənzər xəbərlər