Deputatlar Novruz tətilini harada keçirəcək?- Sorğu
Azərbaycanda Novruz bayramı qeyd olunur. Maraqlıdır, Milli Məclisin deputatları Novruz bayramını necə və harada qeyd edəcəklər?
XALQ.AZ deputatlar arasında sorğu keçirdib.
Milli Məclisin Ailə,qadın və uşaq məsələləri komitəsidin sədr mavini,millət vəkili Jalə Əliyeva bildirb ki, Novruz bayramını paytaxtda keçirəcək. Novruz bayramını ailəmlə, doğmalarımla birgə Bakıda qeyd edirəm. Lakin tətil günlərində seçicilərlə görüşəcəyəm, onların müraciətlər mənim üçün önəmlidir. Bildiyiniz kimi artıq qalib ölkənin vətəndaşlarərı olaraq bu sevincli günləri birlikdə qeyd edirik. Bizim də öhdəmizə düşən məsələlərdə hər zaman dövlətimizin artan inkişafına töhfə vermək, seçicilərin çağırışına və onları məsələrin həll olunması üçün çalışmalıyıq. İnanıram ki, biz Zəfər qazanmış xalq olaraq bu bayrmaları hər zaman sevinc hissi ilə qeyd edəcəyik. Bayramınız mübarək deyə qeyd edib.
*****
Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, millət vəkili, fəlsəfə doktoru Fariz İsmayılzadə bildirib ki, Novruz bayramını Bakıda ailəmlə, doğmlarımla birlikdə qeyd etdim, tətil günlərində Lənkərana səfər edəcəm şəhid ailələri ilə,görüşüb,seçicilərlə qəbul keçriəcəyəm. Sizin vasitənizlə hər kəsi Novruz bayramı münasibətilə təbrik edirəm.
****
Milli Məclisin deputatı Aydın Hüseynov qeyd edib ki, lk olaraq bütün Azərbaycan xalqını bizim üçün əziz olan Novruz bayramı münasibətilə təbrik edirəm. Novruz bayramı günü bütün ailə üzvlərim ilə birlikdə Novruz bayramını qeyd edirik. Əslində, belə imkanlardan hər zaman istifadə edib, doğmalarımızla sıx ünsiyyət qururam. Təbii ki, tətil müddətində də seçicilərimlə görüşüm olacaq və onların da bayramını təbrik edəcəm”.
*****
Milli Məclisin deputatı Elnarə Akimova bildirib ki, Bayramı Sumqayıtda, evimdə qeyd edirəm. Bu, mənim üçün bir ritualdır. İnsan yaşadığı evini, ocağını bayram günlərində tərk etməməlidir, düşünürəm. Tətilə qalınca, bu il kiçik oğlum ali məktəbə hazırlaşır deyə, onun müəllim yanına hazırlıqlara getməsi səbəbindən kənarda tətil keçirmək alınmayacaq. Amma bir neçə günlük ailəvi Qusarda, yaxud Xızıda dincəlmək fikrimiz var. Ən gözəli vətənimizin cənnət guşələridir. Bu ilıq yaz havasını, fəslin oyanış, yenilik ruhunu təbiətin qoynunda hiss etməyin ayrı feyzi var.
*****
Milli Məclisin deputatı Vüqar İskəndərov qeyd edib ki Həmişə olduğu kimi, bu dəfə də bayramı Azərbaycanda keçircəyəm. Şəkidə seçicilərimlə görüşüm olacaq, və fürsətdən istifadə edib hər kəsin Novruz bayramını təbrik edirəm.
*****
Millət vəkili Fatma Yıldırım qeyd edib ki, Novruz bayramı dostluq, həmrəylik və yüksək mənəviyyat bayramı kimi səciyyələnir. Ulu Öndərimiz Heydər Əliyev qeyd etmişdi ki, “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Bizdə bu bayram günlərini ailə üzvləri,doğmalarımızla qeyd edirik. Həmçinin tətil günlərində seçicilərimizin qayğıları ilə maraqlanacağam.
Novruz bayramı xalqı birləşdirən bayramdır. Bu da milli birliyimizi və həmrəyliyimizi əhəmiyyətli dərəcədə gücləndirir. Mən bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edirəm.
*****
Millət vəkili Mahir Süelymanlı bildirib ki: Novruz Bayramını Şabranda qeyd edirəm. Milli adət-ənələrimizə uyğun olaraq bu bayram günlərində doğmalarımla,ailəmlə birlikdəyəm . Tətil günlərində şəhid ailələrini,qaziləri ziyarət edəcəyəm, seçicilərin qayğıları ilə maraqlanacağam.
Fürsətdən istifadə edib hər kəsin bayramını təbrik edirəm.
*******
Milli Məclisin deputatı Vasif Qafarov bildirb ki, Novruz bayramını Azərbaycanda qeyd edəcəyəm. İndi Bakıdayam, ancaq seçildiyim bölgədə görüşlər keçirəcəyəm. Azərbaycan miqyasında ən gözəl Novruz şənlikləri keçirilir. Hesab edirəm ki, əziz seçicilərimlə birlikdə bu xoş günlərdə görüçəcəyik.
Bayramınız mübarək.
*****
Günay Ağamalı da bayramı ailəsi ilə birgə keçirdiyini söyləyib:
“Novruz xalqımızın ən əziz və qədim bayramlarından biridir. Hər il olduğu kimi, bu il də Novruz bayramını ailəm və doğmalarımla birlikdə qeyd edəcəyəm. Novruzun əsas mahiyyəti birlik, həmrəylik və xeyirxahlıqdır. Bu gözəl bayramın hər kəsə sevinc, ruzi-bərəkət və firavanlıq gətirməsini arzulayıram!”