“Dərnəgül” çörəyindən görün nə çıxdı
Müştəri aldığı “Dərnəgül” çörəyinin içindən siçan nəcisinin çıxdığını iddia edib.
XALQ xəbər verir ki, bu barədə sosial şəbəkədə Gülbar Eyvazova adlı xanım məlumat paylaşıb. O iddia edir ki, çörəyin içində olan xırda qara cismlər siçan nəcisidir:
“Şikayətim “Dərnəgül” çörəkdəndir! İçərisindən siçan nəcisi çıxdı, həm də bir neçə yerindən. Körpə uşaq da yeyir evdə bu çörəkdən. Bu nə natəmizlikdir”.
Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.Tribunainfo.az