DİN məlumat yaydı
Bakıda qarlı hava nəqliyyatın hərəkətini çətinləşdirib – DİN məlumat yaydı
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakıda müşahidə olunan qarlı hava şəraiti ilə bağlı məlumat yayıb.Məlumata görə, hazırda paytaxtın bir sıra ərazilərində nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Suraxanı rayonunda İlqar Musayev, Abbas Fətullayev, Babək küçələrində, Xətai rayonunda isə Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, İnqilab İsmayılov küçələrində və “Neapol” dairəsində yol şəraiti mürəkkəbləşib.Bildirilib ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları və yol polisi naryadları mövcud vəziyyəti nəzarətdə saxlayır, sürücülərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə zəruri tədbirlər görülür.DİN sürücülərə hava şəraitini nəzərə alaraq sürət həddinə riayət etməyi, ara məsafəsini qorumağı və mümkün qədər ehtiyatlı olmağı tövsiyə edir.










