media-milcek

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC), Texas ştatında təhlükəli və parazit xüsusiyyətli ətyeyən “vintvari” (screwworm) milək sürfələrinin aşkarlanmasından sonra təcili tədbirlər görməyə başlayıb.

Bu hadisə son onilliklər ərzində ilk dəfə qeydə alınıb. Belə ki, ABŞ Kənd Təsərrüfatı Nazirliyi daha əvvəl Texasda bu sürfələrə ikinci yoluxma halının aşkarlandığını bəyan edib. Sözügedən parazit ölkədə sonuncu dəfə 1966-cı ildə qeydə alınmışdı. Bu miləyin sürfələri həm heyvanların, həm də insanların açıq yaralarına daxil olaraq onların canlı toxumaları ilə qidalanır və vaxtında müalicə edilmədikdə ölümcül nəticələrə yol aça bilir.

Agentliyin yaydığı məlumatda qeyd olunur ki, təhlükəli parazitar infeksiyanın onilliklər sonra ilk dəfə ölkədəki iribuynuzlu heyvanlarda tapılmasından sonra ABŞ rəhbərliyi hərəkətə keçib. Kənd təsərrüfatı nazirinin vəzifəsini icra edən Cey Bhattaçaryanın müvafiq planı təsdiqləməsi ilə iyunun 11-i, cümə axşamı günü fövqəladə reaksiya rejimi elan edilib. Nazirlik vəziyyəti daimi olaraq izləmək və yerli səhiyyə qurumları ilə sıx əməkdaşlıq etmək məqsədilə alimlərdən ibarət xüsusi komandanın yaradılacağını bəyan edib.


media-728x90banner

Bənzər xəbərlər