Direktor Gülnarə Allahverdiyevanın rəhbəri oduğu məktəbdə şagirdlərdən 5-10 manat niyə summativ pulu yığılır?
Abşeron rayonunun Masazır kəndində yerləşən 3 nömrəli tam orta məktəbdə şagirdlərdən “summativ pulu” yığıldığı iddia edilir. Bildirilir ki, qiymətlər siniflərə görə dəyişir – aşağı siniflərdən 5 manat, yuxarı siniflərdən isə 10 manat tələb olunur.
XALQ Xəzər TV-yə istinadla xəbər verir ki, valideynlər və şagirdlər bu praktikanın artıq ənənəyə çevrildiyini bildirirlər. İddialara əsasən, hər tədris ilinin əvvəlində summativlərin keçirilməsi üçün tələb olunan materialların çapına görə bütün siniflərdən pul yığılır.
Əraziyə gedən çəkiliş qrupu valideynlərlə yanaşı, şagirdlərlə də söhbətləşib. Şagirdlərdən bəziləri toplanılan vəsaitdən təngə gəldiklərini deyiblər. Hətta pulu verməyən şagirdlərin müəllimlər tərəfindən təhdid edildiyini iddia edənlər də olub.
Məsələ ilə bağlı məktəbin riyaziyyat-informatika müəllimi Vidadi Ədilov iddiaların əsassız olduğunu bildirib. Lakin məktəb rəhbərliyindən mövzu ilə bağlı mövqe öyrənmək mümkün olmayıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: