Doğum günündə seçicilərin qayğısı ilə maraqlandı-Rəşad Mahmudov Astarada görüşlər keçirdi
Milli Məclisin deputatı doğum günüdə Rəşad Mahmudov Astarada seçicilərlə görüşdü.
XALQ.AZ xəbər verir ki, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov bu gün Yeni Azərbaycan Partiyasının Astara rayon təşkilatının qərargahında seçicilərlə görüş keçirmişdir.
Qeyd edək ki, Azərbaycanın ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru, ,YAP İdarə Heyətinin üzvü, Milli Məclisinin V, VI və VII çağırış deputatı, Mərkəzi Gömrük Hospitalında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Əməkdar həkim Rəşad Mahmudovun doğum günüdür.
Həmçinin Milli Məclisin deputatı, tibb elmləri doktoru Rəşad Mahmudov bu gün Astara şəhərində Astara Pedaqoji Kollecinin əməkdaşları ilə görüş keçirmişdir. Görüşdə kollecin gələcək inkişaf perspektivləri müzakirə edilmişdir. Tədbirin sonunda millət vəkili Fəxri Fərmanla təltif olunmuşdur.