media-gulba

Saxta həkim olduğu deyilən “Uğur-777” estetik klinikasında etdiyi estetik əməliyyat zamanı qeyri-etik görüntüləri yayılan Gülbadə Abdullayevanın yenidən fəaliyyətə başlamasına dair iddialar yayılıb.

XALQ-ın  məlumatına görə, sosial şəbəkələrdə “Dr. Gülü” kimi tanınan Gülbadə Abdullayevanın məlum hadisələrdən sonra indi də “Dost” estetik mərkəzində çalışdığı haqda video kadrlar yayılıb.

media-700

G. Abdullayeva özü də bunu təsdiqləyib, lakin hələ ki cərrah kimi fəaliyyətə başlamadığını bildirib.

Xatırladaq ki, Səhiyyə Nazirliyi sözügedən görüntülərlə bağlı araşdırmalar aparmışdı. Bildirilmişdi ki, Gülbadə Abdullayevanın adı Nazirliyin tibb işçilərinin vahid reysterində yoxdur. Onun tibbi fəaliyyət göstərmək səlahiyyəti mövcud deyil.

Qeyd edək ki, həmin xanımın əvvəllər saç ustası olduğu haqda da sosial şəbəkədə iddialar yayılmışdı.

Ətraflı “Xəzər Xəbər”in videomaterialında:

 

Qeyd edək ki, Gülbadə Abdullayeva müsahibəsi zamanı bildirir ki, əməliyyat etmir. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin məlumatında  bildirilir ki, DOST Estetik Mərkəzi tibbi müəssisəsi deyil və hər hansı bir tibbi prosedur keçirilməsi üçün icazəsi yoxdur. Rəsmi məlumatda qeyd olunur ki, Gülbadə Abdullayeva həkim kimi fəaliyyət göstərməsi qanunsuzdur. Araşdırmalarımız zamanı  məlum olmuşdur DOST Estetik Mərkəzi vergi ödəyicisi kimidə qeydiyyata alınmayıb.

Lakin  DOST Estetik Mərkəzinin əməkdaşı  sosial şəbəkədə  canlı yayım zamanı  orada prosedurlar və qiymətlər barəsində geniş məlumat verir.

Belə ki, sinəkiçiltmə,sinəböyütmə, vaginaplastika ,qaşqaldırma və digər estetik prosedurlar tibbi fəaliyyət istiqaməti olmayan şəxslər tərəfindən həyata keçirilməsi barədə danışılır .

Bu məsələ isə hüquq-mühafizə orqanlarının araşıdrması gərəkdir.


media-728x90banner

Bənzər xəbərlər