media-korrp

Uzun illər Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini olmuş general-mayor Cəbrayıl Usubovun oğlu Fərid Usubov həbs edilib.

media-44

XALQ Gununsesi.info-ya istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin əməkdaşı olan Fərid Usubov Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunub.

Bildirilir ki, F. Usubov Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi vəzifəsində çalışıb.

HəmçininDövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Gömrük Baş İdarəsinin əməkdaşları Heydər Eyvazov və Tamerlan Axundzadə saxlanılıb.

Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Onlara 206.4. (Qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 213-1.2.2, 213-1.2.3-ci (Aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, habelə belə malların nağd qaydada alqı-satqısı təkrar törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) ittiham elan olunub.


media-728x90banner

Bənzər xəbərlər