Dövlət komitəsi: Azyaşlının hüquqlarının qorunması istiqamətində müvafiq tədbirlərin həyata keçirilir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sözçüsü Teymur Mərdan oğlu Beyləqan rayonunda baş verən hadisə ilə bağlı açıqlama verib.
XALQ-a qurum rəsmisinin bildirdiyinə görə, hadisə ilə əlaqədar Dövlət Komitəsi tərəfindən dərhal Beyləqan Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya ilə əlaqə yaradılıb.
Açıqlamada qeyd olunur ki, yetkinlik yaşına çatmayanın ailəsi və yeniyetmənin mövcud vəziyyəti qiymətləndirilib. Hazırda azyaşlının hüquqlarının qorunması istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyi vurğulanır.Dövlət Komitəsi məsələni nəzarətdə saxladığını və aidiyyəti qurumlarla birgə uşağın hüquqlarının tam təmin olunması üçün işlərin davam etdiyini bildirib.










