Dövlət Miqrasiya Xidmətinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib
20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi və şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib. Vətənimizin azadlığı, müstəqilliyi uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları önünə qərənfillər düzülüb.
Xalqımızın şərəf və qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılan 20 Yanvar hadisələri qan yaddaşımızdan heç vaxt silinməyəcək. Vətənimizin müstəqilliyi və azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.















