media-ped

Ali təhsil müəssisələrinə ixtisas seçimi prosesi yaxınlaşdıqca, həm məzunları, həm də onların valideynlərini düşündürən mühüm məsələlərdən biri də təhsil haqlarıdır. Ödənişli plan yerləri üzrə təhsil haqlarının məbləğinin dəyişməsi bəzi tələbələrin təhsil planlarına, maliyyə imkanlarına və gələcək perspektivlərinə də birbaşa təsir edir.

XALQ  xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) isə bakalavriat və magistratura səviyyələrində təhsil haqları artıb. Burada bakalavriat və magistratura səviyyələrində bütün ixtisaslar üzrə təhsil haqqı 2300 manatdan 2400 manata, MBA proqramlarında isə 2500 manatdan 2700 manata qalxıb.

 

 


media-728x90banner

Bənzər xəbərlər