media-911

Xəbər veridiyimiz kimi Dr. Gülü  heç bir tiibbi etikaya uyğun olmayan davranışlar nümayiş etdirərək əməliyyat icra edib. 

Əməliyyat olunan pasiyent çılpaq halda çəkilmiş görüntülərinin sosial şəbəkələrdə yayılmasından şikayətçidir.

 XALQ xəbər verir ki, kadrlardakı pasiyent bu barədə “Xəzər Xəbər”ə danışıb.

Pasiyent bu addımı atanların cəzalandırılmasını istəyir: “Mənim əsəbdən səsim tutulub. Bunların cəzası verilsin. Hazırda Azərbaycanda deyiləm, amma haqlarında şikayətçiyəm. Mənə dəyən bütün maddi-mənəvi zərər qarşılanmalıdır”.

Onun sözlərinə görə, videonu görəndə xəstəxanaya müraciət edib: “Mənə deyirlər ki, video xəbərsiz çəkilib. Necə xəbərsiz çəkilib ki, həkim poza verə-verə oynayır, şişi şişə vurur?! Mən narkozda olmuşam. Mənim üstümdə şişi şişə vurur, elə bil yorğana biz batırır. Elə bil oradakı insan deyil. Videonu görəndən əsəb keçirirəm, hər günüm, hər dəqiqəm xəstəxanada keçir.

Gülbadə (red. əməliyyat edən şəxs) deyir ki, video 5-6 ay əvvəl çəkilib. Kadrlar isə iyunun 15-də əməliyyata girdiyim vaxt lentə alınıb. Görüntüləri “UĞUR Estetik Mərkəzi 777” klinikasının sahibi Xəyalə İsmayılova çəkib”.

media-944

Xatırladaq ki, sözügedən görüntülərlə bağlı Səhiyyə Nazirliyindən bildirilmişdi ki, Gülbadə Abdullayevanın adı Nazirliyin tibb işçilərinin vahid reysterində yoxdur. Onun tibbi fəaliyyət göstərmək səlahiyyəti mövcud deyil. Sahibkar Xəyalə İsmayılovaya məxsus “UĞUR Estetik Mərkəzi”nin isə lisenziyası yoxdur.

media-98

Qeyd edək ki, “Dr. Gülü” Gülbadə Abdullayeva  “Dost Estetik Mərkəzində fəaliyyət göstərib.

Ətraflı videoda:


media-728x90banner

Bənzər xəbərlər