DSX-nın polkovniki saxlanıldı
Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin sabiq şöbə rəisi polkovnik-leytenant Zaur Gülməmmədov saxlanılıb.
XALQ -ın məlumatına, Z. Gülməmmədova qarşı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi başlanılıb.
Polkovnik-leytenant 4 ay əvvəl vəzifəsindən azad edilərək təqaüdə göndərilib. O, işlədiyi müddətdə yol verdiyi qanunsuzluqlarla bağlı ittiham olunur.“Qafqazinfo”










