Dubayda Mərkəz vuruldu
İranın Dubay Beynəlxalq Maliyyə Mərkəzinə pilotsuz uçuş aparatlarla (PUA) hücum etdiyi bildirilir.
XALQ xəbər verir ki, yayılan görüntülərdə hadisədən sonra şəhər üzərində sıx tüstünün qalxdığı müşahidə olunub.
Xarici KİV-lər həmçinin Cumeira çimərliyinin də zərbəyə məruz qaldığını bildirir.
Hadisə nəticəsində mümkün dağıntılar və ya xəsarət alanlar barədə hələlik rəsmi məlumat verilməyib.











