Dubayda Şahin və Günelin təmtəraqlı toyundan görüntülər -Video
Azərbaycanlı iş adamı Dubay şəhərində oğluna təmtəraqlı toy mərasimi keçirib.
XALQ xəbər verir ki, mərasimdən çəkilmiş kadrlar sosial şəbəkələrdə yayılıb.
Görüntülərdən aydın olur ki, toy yüksək səviyyədə və olduqca dəbdəbəli şəkildə təşkil olunub.
Məclisdə Azərbaycanın Xalq artisti Aygün Kazımova, müğənni Nəsimi Məmmədov və digər tanınmış simalar səhnə alıblar. Toya aparıcılığı isə məşhur televiziya aparıcısı Nanə Ağamalıyeva edib.
Dubayın məşhur “Ritz-Carlton” hotelində keçirilən toy tanınmiş iş adamı Hasin Nurullayevin övladının toyu olub .
Gənc cütlüklər Şahin bəy və Günel xanımın toyunda Bakıdan və Rusiyadanda qonaqlar iştirak ediblər.
Məclisin sonunda məkanın səviyyəsinə uyğun olaraq möhtəşəm atəşfəşanlıq nümayiş etdirilib.










