Bakıda yerləşən Heydər Əliyev Mərkəzi “Digital Trends” nəşrinin versiyasına görə dünyanın ən füsunkar binaları sırasında yer alıb.

XALQ,AZ xəbər verir ki, bu barədə yazılan məqalədə Azərbaycanın 1991-ci ildə müstəqillik əldə etdikdən sonra şəhər memarlığının inkişafına vəsait ayırmağa başladığı vurğulanıb:

“Bu gün möhtəşəm Heydər Əliyev Mərkəzi şəhər planlaşdırması üzrə bu uzunmüddətli təşəbbüsün nümunəsidir”.

Bundan başqa, siyahıya 17 bina, o cümlədən İtaliyadakı “Bosco Verticale” (Şaquli meşə), Çinin CCTV telekanalının baş ofisi, İspaniyada “Auditorio-de-Tenerife” opera binası daxil olub.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzinin layihəsi 2007-ci ildə memar Zaha Hadid tərəfindən hazırlanıb.

 

Elgün


media-728x90banner

Bənzər xəbərlər