media-35

“EcoHub” ekoloji platforması icraçı tərəfdaşlığı ilə Coca-Cola Fondunun dəstəyi ilə “PACT – Dairəvi Gələcək üçün Tərəfdaşlıq” proqramının təqdimat mərasimini keçirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də tərəfdaşı olduğu proqram plastik tullantıların toplanması və təkrar emalı sahəsində fəaliyyət göstərən təşəbbüsləri dəstəkləmək, tərəfdaşlıqları genişləndirməklə ölkədə dayanıqlı tullantı idarəçiliyini gücləndirmək və dairəvi iqtisadiyyatı təşviq etmək məqsədi daşıyır.

Tədbirin açılışında “EcoHub” platformasının rəhbəri Tükəzban Ağababayeva PACT proqramını təqdim edərək proqramının əsas istiqamətinin plastik tullantıların toplanılmasında yeni rəqəmsal texnologiyaların istifadəsinin nəzərdə tutulduğunu bildirib.

Həmçinin “Coca-Cola Bottlers” MMC-nin direktoru Rəna Məmmədova çıxış edərək tullantıların toplanması və çeşidlənməsi üçün dövlət qurumları, gənclər təşkilatlar və şirkətlərlə əməkdaşlıq etdiklərini və bu əməkdaşlığın daha təmiz dünya üçün önəmini vurğulayıb.

Ümumilikdə 300 ton plastik tullantı toplamaq hədəfi olan proqram Azərbaycan da daxil olmaqla 5 ölkədə (Türkiyə, Azərbaycan, Səudiyə Ərəbistanı, Qazaxıstan, Özbəkistan ) həyata keçirilir və Qlobal Ətraf Mühit və Texnologiyalar Fondu tərəfindən dəstəklənir.

media-33 media-34 media-35 media-36 media-37 media-38 media-39 media-40 media-41


media-728x90banner

Bənzər xəbərlər