Əfqan Cəlilov sədr təyin olundu
Xəbər verdiyimi kimi Prezident İlham Əliyev Sərəncam imzalayıb.
XALQ xəbər verir ki, Dövlət başçısının Sərəncamı ilə Əfqan Süleyman oğlu Cəlilov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri təyin olunub.
Qeyd edək ki, Prezidentin Sərəncamı ilə Rauf Göyüş oğlu Vəliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.










