“EGE Hospital”da əməliyyatdan sonra komaya düşən tanınmış aktyor vəfat etdi
Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev vəfat edib.
XALQ.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə onun qızı məlumat verib.
Bildirib ki, atası bu gün vəfat edib.
Xəbər verdiyimiz kimi, aktyor bir ay öncə “EGE Hospitalı”nda əməliyyat olunduqdan sonra hərəkət qabiliyyətini itirmiş, səhhəti daha da ağırlaşmışdı.