"EGE" Hospitalında əməliyyat olunan aktyorun vəziyyət kritikdir
Aktyor Möylə Mirzəliyevin vəziyyəti kritik-ağırdır, tənəffüs reabilitasiyası alır.
XALQ.AZ xəbər verir ki, bu barədə “Report”a Yeni Klinikadan məlumat verilib. Bildirilib ki, aktyor hazırda klinikanın reanimasiya şöbəsində müalicə alır və vəziyyəti kritik-ağırdır: “Diabetik angiopatiya ilə əlaqədar amputasiya olunan xəstənin böyrəklərində də zədə qeydə alınıb”.
Qeyd edək ki, M.Mirzəliyev Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aparıcı aktyorudur.
Xəbər verdiyimiz kimi , bir neçə gün öncə “EGE” hospitalda əməliyyat olunub. Əməliyyatdan sonra hərəkət qabiliyyətini itirib.