Xəbər verdiyimi kimi Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyevin vəziyyəti stabil-ağır olaraq qalır. Bu sözləri  aktyorun qızı Leyla Rəhimli məlumat verib.

Aktyor əməliyyatdan sonra iflic oldu

“Atamın səhhətində irəliləyiş yoxdur. Dünən səhhəti yenidən pisləşmişdi. Ağ ciyərinə su yığıldığına görə rahat nəfəs ala bilmir. Hazırda xəstəxananın reanimasiya şöbəsindədir”, – deyə L.Rəhimli deyib.

Möylə Mirzəliyev

Qeyd edək ki, Möylə Mirzəliyev Yeni Klinikaya yerləşdirilib. O, bir müddət əvvəl boyun fəqərələrində spinal stenoz diaqnozu ilə EGE hospitalında müəssisəsində transpedikulyar fiksasiya (implant) əməliyyatı olunub.

media-ege

Əməliyyat sonrası xəstədə yuxarı və aşağı ətrafların iflici qeydə alındığından uzun müddət digər tibb müəssisəsinin reanimasiya və intensiv terapiya şöbəsində müalicə edilib.


media-728x90banner

Bənzər xəbərlər