Əhaliyə tövsiyə edilir ki… – XƏBƏRDARLIQ
Hazırda Azərbaycanda Denge qızdırmasına yoluxma halı qeydə alınmayıb.
Bu barədə Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi bildirib.
Qeyd edilib ki, mərkəzin mütəxəssisləri tərəfindən xəstəliyə nəzarət və onun qarşısının alınması istiqamətində zəruri tədbirlər görülür.
“Xəstəliyin əlamətləri olan şəxslər aşkar edilərsə, onların laborator müayinələrinin aparılması üçün Mərkəzdə bütün lazımi imkanlar mövcuddur. Eyni zamanda, xəstəliyin keçiriciləri olan ağcaqanadlar üzərində mütəmadi monitorinqlər aparılır. Hazırda ölkədə epidemioloji vəziyyət sabitdir və tam nəzarət altındadır. Qonşu ölkələrdən xəstəliyin ölkəmizə keçmə riski ilə bağlı narahatlığa əsas verən hər hansı faktor yoxdur. Əhaliyə tövsiyə edilir ki, rəsmi məlumatlara istinad etsinlər və yalnız səhiyyə qurumlarının açıqlamalarını nəzərə alsınlar”.
Qeyd edək ki, Gürcüstanda Denqe virusuna ilk yoluxma halı aşkarlanıb.










