Əhaliyə xəbərdarlıq
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Bu barədə XALQ.AZ-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd edilib ki, iyulun 24-26-da bölgələrdə fasilələrlə sarı xəbərdarlığa uyğun olaraq Bərdə, Tərtər, Mingəçevir, Naftalan, Ağstafa, Gəncə, Tovuz, Goranboy, Ağdam, Füzuli, Zərdab, Neftçala, Sabirabad, Göyçay, Şahbuz, Naxçıvan, Ordubad, Culfa, Qobustan, Balakən, Zaqatala və Şəkidə şərq küləyi arabir 13.9-20.7 m/san təşkil edəcək.
Əhaliyə xəbərdarlıq
Baş Prokurorluq yanğın təhlükəsizliyi ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.
Qurumun Mətbuat xidmətindən XALQ.AZ-a daxil olan xəbərdarlıqda deyilir:
“Son dövrlər ölkə ərazisində ağır nəticələrə səbəb olan yanğın hadisələrinin sayı artıb. Məişətdə yanğın təhlükəsizliyi tələblərinə riayət olunmaması yanğının baş verməsinin əsas səbəblərindəndir. Yaşayış və qeyri-yaşayış binalarının girişində avtomobillərin nizamsız park edilməsi yanğınsöndürən avtomobillərin hadisə yerinə vaxtında çatmasına ciddi maneələr yaradır. İnsanların səhhət və həyatlarını təhlükə altına qoyan, yanğının baş verməsinə gətirib çıxara bilən hərəkətlərə yol verilməməlidir. Azərbaycan Respublikasının Baş Prokurorluğu xəbərdarlıq edirki, bu kimi qanun pozuntularına yol vermiş şəxslər məsuliyyətə cəlb olunacaqlar!”