Əhməd Əş-Şaraa Azərbaycana işgüzar səfərə gəlib
Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əş-Şaraa iyulun 12-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.
XALQ AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Suriya Prezidenti Əhməd Əl Şaraanı Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.