media-911

Dövlət qulluğu imtiyaz deyil, əksinə, böyük məsuliyyət və ictimai etimadın təcəssümüdür. Dövlət qulluqçusu olmaq xalqa xidmət etmək, onun problemlərinə həssas yanaşmaq və ədalətli davranmaq deməkdir. Təəssüflər olsun ki, bəzən bu prinsiplərə zidd davranışlara rast gəlinir. Ən kiçik vəzifədə çalışan bəzi məmurlar belə özlərini cəmiyyətin fövqündə görərək təkəbbür nümayiş etdirir, vətəndaşlara qarşı laqeyd və özbaşına münasibət sərgiləyirlər. Bu cür hallar isə dövlətə olan etimadı sarsıdır, ictimai narazılığın yaranmasına səbəb olur. Unudulmamalıdır ki, hər bir məmurun davranışı bütövlükdə dövlətin simasını formalaşdırır. Buna görə də vəzifə sahibi olmaq, ilk növbədə, vicdanla xidmət etməyi tələb edir.
Təəssüf doğuran məqamlardan biri də budur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkədə ictimai narazılığın ən çox yönəldiyi qurumlardan birinə çevrilib. Vətəndaşların bu quruma münasibətində etimaddan çox məyusluq hiss olunur. Təbiəti qorumaq əvəzinə bəzi hallarda onun məhv edilməsinə şərait yarandığı müşahidə edilir. Ağacların kütləvi şəkildə qırılmasına göz yumulduğu bir şəraitdə bəzən adi bir budağın sınması belə sərt reaksiya ilə qarşılanır. Bu isə cəmiyyətdə ikili standartlar barədə haqlı suallar doğurur. Əgər məqsəd doğrudan da təbiəti qorumaqdırsa, bu yanaşmalar köklü şəkildə dəyişməlidir. Təəssüf ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışan bəzi məmurlar təbiətin qorunmasını deyil, şəxsi maraqlarını üstün tuturlar. Belə hallarda vəzifədən sui-istifadə, rüşvət və özbaşınalıq kimi hallar ortaya çıxır. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Vasif Əşrəfovun yarıtmaz fəaliyyəti təəssüf ki, qanunvericiliyin tələblərinə və ictimai maraqlara hörmətsizlik nümunəsi kimi dəyərləndirilə bilər. Onun davranış və qərarları təkcə vətəndaşlar arasında haqlı narazılıq doğurmur, eyni zamanda dövlət qurumunun nüfuzuna da ciddi zərbə vurur. Apardığımız araşdırmalar göstərir ki, bu özbaşınalığa şərait yaradan səbəblərdən biri də onun Ekologiya və Təbii Sərvətlər Nazirliyində birinci müavin tərəfindən müdafiə olunmasıdır.
Vasif Əşrəfovun iddialarına görə vətəndaşlardan tələb olunan qeyri-qanuni ödənişlər yəni rüşvət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyinə, konkret olaraq nazirin birinci müavini Rəşad İsmayılova ötürülür. Əgər bu iddialar həqiqətə uyğundursa, söhbət artıq fərdi özbaşınalıqdan deyil, sistemli korrupsiya şübhəsindən gedir. Bu isə yalnız ictimai etimadı sarsıtmır, eyni zamanda dövlət institutlarına olan inamı zədələyir.
Vətəndaşları haqlı olaraq dövlətdən narazı salan bu məmur reydlərdə qanunları tətbiq edən bir nümayəndə kimi yox, sanki ‘ova çıxan’ biri kimi davranır. Görəsən, bu özbaşınalıq nə vaxta qədər davam edəcək?
Dövlətin adından çıxış edən bir şəxs bu davranışları ilə kimə xidmət edir, xalqa, yoxsa şəxsi maraqlara? Bu suallara cavab verilmədikcə ictimai etimad bərpa olunmayacaq.cumhuriyyet.az


media-728x90banner

Bənzər xəbərlər