“Ekstrasens Etibar” ritualları ilə kimlərdən “CİN” çıxarıb? -Araşdırma
Bəzən insanlar problemlərindən azad olmaq üçün çıxış yolunu falçılara,ekstrasenslərə üz tutmaqda görürlər. Sanki, bu yolla hər şey yoluna düşəcək. Dinimizə görə falçıya,ekstrasensə inanmaq Tanrıya şərik qoşmaq kimi qəbul edilir.Cadu ilə məşğul olmaq və cadu etdirmək də böyük günah, çirkin bir əməl hesab olunur.
Amma cəmiyyətimizdə ekstrasens (yəni müasir falçı) adı altında insanların pulunu mənimsəyən kifayət sayda fırıldaqçılar da az deyil.
Onlar çirkin fəaliyyətlərini məhz sosial şəbəkələr üzərindən apararaq, qurbanlarını geniş təbliğatları ilə özlərinə təslim etməyi bacarırlar.
XALQ-a müraciət edən ekstrasensin toruna düşən şəxlər bildiriblər ki, özünü sosial platformada “Ekstrasens Etibar” adı ilə reklam edən Etibar Qəhramanovdur.
Deyilənə görə “Ekstrasens Etibar” ın qəbulu 50 manatdan başlayır. Daha sonra isə bu məbləğ rituallara görə artır, və insanları ovsunlayaraq min manatdan çox pul alır. Ona üz tutan, mövhumatçılar onun öncəgörücülük bacarığına inanınaraq gələcək işlərini proqnozlaşdırmaq üçün onun istədiyi pulu verirlər. Aldatmaq, inandırmaq qabiliyyətinə yiyələnmiş Etibar Qəhramanov isə bütün işlərini din pərdəsi altında təqdim edir.
Kimdir bu Etibar Qəhramanov? Özünü nömrə 1 adlandıran və rəqibi olmayan müxtəlif rituallarla insanları ovsunlayan Ekstrasens hətta sahibkarlıqlada məşguldur.
Mistik aksessuarlar, enerjili daşlar, təsirli talismanlar və unikal bir aləm təklif edən Azadlıq prospektində Sehr və enerjinin ünvanı olan “TalesmanLandBaku” adı altında insanların bürclərinə görə ətir satan, müxtəlif daşlardan energiya bəxş edən “Ekstrasens Etibar” hətta baxıcı kimi bəxtləri açır, gizli sövdələşmələri aşkara çıxarır, sevgilisi olanı evinə qaytarır, xəstəlikləri sağaldır, və daha nələrə qadir olduğunu sosial platformada yayımlayır.
Bu kimi hadisələri cəmiyyətimizdə qəbul edənlərdə az deyil. Müxtəlif üsullarla insanları ovsunlayıb öz çirkin əməllərinə inandıran Ekstrasenslərin sonu isə hüquq-mühafizə orqanlarının qanunvericiliklə sualları ilə qarşılaşırlar.
Cavabları isə “Mən insanları dinə dəvət edərək, onlara kömək edirdim” deməklə kifayətlənirlər və məsuliyyətdən boyun qaçıra bilmirlər.
Belə hadisələr isə az olmayıb. Müxtəlif vaxtlarda hüquq-mühafizə orqanları bu kimi şəxslərlə ciddi şəkildə mübarizə aparır və nəticədə onlar ifşa edilərək qanunvericiliklə öz cəzalarını alırlar.
Məlumatlara görə, “Ekstrasensin Etibar”dan kömək uman insanlar arasında məşhur simalar, televiziya aparıcıları, rəsmi şəxslərdə az deyil.
Göydən səs eşidən “Esktrasen Etibar” sevgilisi cin olanlarıda aşkar edə bilir. Bu nə biabərçılıqdır, nə avamlıqdır? İnsanları müxtəlif bəhanələrlə ovsunlayıb daha çox pul almaq məqsədi ilə min cür fikirlər irəli sürərək öz çirkin əməllərini rahatlıqla həyata keçirə bilir.
Bədənə cin girmə, sancaq ilə saç burma prosesləri vahimə haradan sözlərlə insanları aladadan “Ekstrasens Etibar” isə belə əməlləri bu gündə davam etdirməkdədir.
Məsələ ilə bağlı araşdırmalarımız zaman daha dəhşətli hadisələr barədə məlumatlar əldə olunub. Məlumatlar geniş rezonans doğuracak. Faktlar əldə etdikdə oxucularımıza təqdim edəcəyik.
Belə hallara görə elm və din xadimləri çağırış edərək bildirirlər ki, insanlar həyata rasional yanaşmalı, elmi və dini əsası olmayan falçılıq və ekstrasenslik kimi çirkin işdən uzaq olmalıdırlar. İnsanlar əminliklə bilməlidirlər ki, Allah hər kəsə iradə azadlığı, seçim imkanları verib və taleyimizin necə olması bizim bu gün hansı addımı atacağımızdan asılıdır, falçıların,ekstrasenslərin verdiyi proqnozlardan yox… Həyata doğru-düzgün baxışla yanaşıb, həm rasional, həm də mənəvi cəhətdən düzgün addımlar atsaq, gələcəyimiz mütləq xoşbəxt olar.
Bəs, “Ekstaresens Etibarın “toru”na nə qədər adam düşüb? Bu isə hüquq-mühafizə orqanlarının ciddi araşdırmasının nəticəsində məlum olacaq. İnanırıq ki hüquq-mühafizə orqanları öz araşdırmalarını apararaq lazımi tədbirlər görəcək.