Ekstrasens Mehman rituallar edərək kimləri aldadır?-Video
Son zamanlar sosial şəbəkələr, xüsusilə də TikTok platforması bəzi şəxslər üçün qanunsuz fəaliyyət meydanına çevrilib. Araşdırmaya görə, TikTok-da “ekstrasens_mehman” adı ilə tanınan bir şəxs mütəmadi olaraq canlı yayımlar açaraq izləyicilərinə fal baxır, gələcəklə bağlı “proqnozlar” verir və bunun müqabilində maddi qazanc əldə edir.
Azərbaycan Respublikasının qanunvericiliyinə görə, falçılıq, cadugərlik və digər mistik fəaliyyətlər qanunsuz sayılır və bu kimi işlərlə məşğul olan şəxslər inzibati və ya cinayət məsuliyyəti daşıya bilərlər.
Xatırladaq ki, son aylarda Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə falçılıqla məşğul olan onlarla şəxsi ifşa edib, onların qanunsuz gəlir əldə etməsi və cəmiyyətin aldatılması ilə bağlı ciddi tədbirlər həyata keçirib. “Ekstrasens_mehman” kimi şəxslərin fəaliyyəti isə təkcə qanuna deyil, həm də etik normalara ziddir, çünki onlar insanların psixoloji zəifliyindən sui-istifadə edərək qazanc əldə edirlər.
Biz inanırıq ki, aidiyyəti dövlət qurumları bu məsələ ilə bağlı dərhal araşdırma aparacaq və qanunsuz fəaliyyətə son qoyulması üçün tədbirlər görəcək.Xususi.tv
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.