Eldar Əzizov məhkəməyə verildi
Müxtəlif Mənzil Tikinti Kooperativlərinin Bakı Şəhər İcra Hakimiyyəti ilə məhkəmə çəkişməsi davam edir. Bu dəfə də icra hakimiyyəti ilə bağlı işi “Capital City” MTK qaldırıb.
XALQ.AZ xəbər verir ki, “Capital City” MTK ilə icra hakimiyyəti arasında mübahisə torpaqla bağlıdır. Digər səbəblər isə açıqlanmır. İcra hakimiyyəti ilə bağlı məhkəmədə iş qaldıran bütün MTK-ların mübahisəsi məhz torpaqla bağlı olur.
İş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 23 oktyabr tarixində hakim Vüsalə Baxışovanın sədrliyi ilə proses keçiriləcək.
Xatırladaq ki, sözügedən tikinti şirkəti “Anima” MMC-yə məxsusdur. Bakı Şəhər İcra Hakimiyyəti ilə sözügedən tikinti şirkətini məhkəmələrdə dəfələrlə üz-üzə gəlib.
Tərəfləri dinləməyə hazırıq.
Eldar Əzizov məhkəməyə verildi
“Tərsanə” firması Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib.
XALQ.AZ-ınməlumatına görə, bu barədə firma Bakı İnzibati Məhkəməsinə müraciət edib.
Belə ki, “Tərsanə” firması inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr və digər məsələlər barədə tələbi irəli sürüb. İş hakim Miminat Hacıbəyovanın icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.